Çərşənbə, 29 Aprel, 2026

Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olundu


  • Dərc edildi: 21 Dekabr, 2025 - 00:35
Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olundu

Bakı-Abşeron Regional Turizm İdarəsi tərəfindən Zirə qəsəbəsinə aqroturizm üzrə infotur təşkil olunub.

05 dekabr 2025-ci il tarixində Bakı-Abşeron Regional Turizm İdarəsinin təşkilatçılığı ilə turizm sənaye subyektləri üçün Zirə qəsəbəsinə aqroturizm üzrə infotur, həmçinin yerli icma nümayəndələri üçün maarifləndirici təlim keçirilib. Tədbirdə gəlmə turizmi ilə məşğul olan turizm şirkətlərinin nümayəndələri, bələdçilər və digər turizm sənayesi subyektləri iştirak ediblər.

İnfoturun əsas məqsədi Zirə aqroturizm marşrutu üzrə iştirakçıların məlumatlandırılması, həmçinin yerli təsərrüfatlarda aqroturizm fəaliyyətinin inkişafı ilə bağlı icma üzvlərinin maarifləndirilməsi olub.


Proqram çərçivəsində iştirakçılar Eko Farm Atçılıq Mərkəzi və Zirə Gülçülük təsərrüfatında mövcud vəziyyətlə tanış olublar. İnfotur zamanı yerli icma tərəfindən heyvandarlıq və zeytunçuluq təsərrüfatı nümayiş etdirilib. Daha sonra qonaqlara Zirə Cümə Məscidi və Zirə El Hamamının tarixi və memarlıq xüsusiyyətləri haqqında məlumat verilib.
Səfərin sonunda Zirə Mədəniyyət Mərkəzində yerli icma üzvlərinin iştirakı ilə aqroturizm üzrə təlim keçirilib. Təlimdə aqroturizmin sosial-iqtisadi əhəmiyyəti, regionun turizm potensialı və inkişaf istiqamətləri müzakirə olunub, sual-cavab sessiyası təşkil edilib.

Bakı-Abşeron Regional Turizm İdarəsinin təşkil etdiyi infotur Zirə qəsəbəsinin aqroturizm imkanlarının geniş auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır və iştirakçılara kənd təsərrüfatı ilə turizm sahəsi arasında mövcud inteqrasiyanı yerində müşahidə etmək imkanı yaradıb.

 

İnfotura dair videolara bu linkə daxil olaraq baxa bilərsiniz:

https://youtube.com/playlist?list=PLpTigPlt25-9DnYL8RwqblcphSnFM_bx2&si=DTi-BJc9hygxw-V1

 

Ən Son Məqalələr

Hər həftə 🚅Qatarla Qarabağ Turu! - 2 Gün / 1 Gecə
27 Aprel, 2026 - 12:42 76
Hər həftə 🚅Qatarla Q...
KƏLBƏCƏR – AĞDƏRƏ – SUQOVUŞAN TURU - 2 gün / 1 gecəlik - Hər həftə!
20 Aprel, 2026 - 07:44 139
KƏLBƏCƏR – AĞDƏRƏ – ...
Trabzon Sağlamlıq Qrup Turu: TRABZONU KƏŞF ET, ŞƏFANI HİSS ET! (3 gecə / 4 günlük)
14 Aprel, 2026 - 03:12 294
Trabzon Sağlamlıq Qr...
Hər həftə 2 Günlük Qarabağ Turu: XANKƏNDİ • ŞUŞA • LAÇIN • AĞDAM • ƏSGƏRAN • XOCALI • ZƏNGİLAN • CƏBRAYIL!
01 Aprel, 2026 - 13:14 323
Hər həftə 2 Günlük Q...
🇬🇪 Batumi (Gürcüstan) - 🇹🇷 Trabzon (Türkiyə) Qrup Turu
27 Mart, 2026 - 15:07 333
🇬🇪 Batumi (Gürcüstan...
Xanımlar üçün Foundation və Süni İntellekt (Generative AI) sahələrində güzəştli təhsil imkanı! - "SHE Codes AI" layihəsinə Qeydiyyat!
20 Mart, 2026 - 03:49 338
Xanımlar üçün Founda...
Qonaqpərvərlik və Turizm sahəsində maaşlı və sonda işlə təmin edən Ödənişsiz Təcrübə Proqramına Qeydiyyat!
18 Fevral, 2026 - 12:28 1049
Qonaqpərvərlik və Tu...
💕 Sevgilililər gününə özəl 1 günlük və 2 günlük Turlar - ƏTRAFLI SİYAHI
12 Fevral, 2026 - 02:25 823
💕 Sevgilililər günün...