Cümə, 3 Oktyabr, 2025

11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ KEÇİRİLƏCƏK


  • Dərc edildi: 20 Sentyabr, 2025 - 19:00
11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ KEÇİRİLƏCƏK

11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ –
REGİONUN ƏN BÖYÜK KİTAB BAYRAMINA SİZ DƏ QOŞULUN.
 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2025) keçiriləcək.

"Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi" mövzusuna həsr olunmuş builki sərgidə hazırda iştirak üçün 18 ölkədən 41 xarici təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə qeydiyyatdan keçib.

Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar, dünyaşöhrətli xarici yazıçılar iştirak edəcəklər.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda 250-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər və digər ölkələrin görkəmli yazarları, elm adamları sərgidə təmsil olunacaq.

Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi ödənişsiz təmin ediləcəkdir.

Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir.

*Sərgiyə giriş ödənişsizdir.*

Sərgidə kitabları ilə iştirak etmək istəyən şirkətlər, yazarlar iştirakla bağlı qeydiyyat sənədləri ən son 2025-ci il sentyabrın 25-dək Təşkilat Komitəsinə təqdim edilməlidir.

Qaynar xətt: (+99412) 147

📧 [email protected]
🌐 www.bakubookfair.az

 

📢Bu kimi faydalı elanlardan, bütün növ Tədbirlərdən, Təcrübə və Könüllülük Proqramlarından, Təqaüd Proqramlarından tez məlumat almaq üçün bizi sosial şəbəkələrdə də izləyə bilərsiniz. 🤗✅👇🏻
1) 🟥İnstaqram səhifə: 
https://www.instagram.com/ted1.az


2) ☑️Telegram kanal: 
https://t.me/ted1az


3) ✅WhatsApp kanal: 
https://whatsapp.com/channel/0029Vb5jxXeJ93wMzamYNr0W


4) ✅WhatsApp qrup:
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo


5) ☑️ Facebook səhifə:
https://www.facebook.com/ted1.az

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

Karyeraya Başlamağın Ən Yaxşı Yolu: Təcrübəmi, Yoxsa Birbaşa İşmi Seçmək?
30 Sentyabr, 2025 - 02:30 27
Karyeraya Başlamağın...
Azərbaycanda Turizm Ekspertləri Klubu yaradıldı
24 Sentyabr, 2025 - 12:59 28
Azərbaycanda Turizm ...
11-ci BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİ KEÇİRİLƏCƏK
20 Sentyabr, 2025 - 19:00 548
11-ci BAKI BEYNƏLXAL...