Bu infotur proqramı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Şəfəq" Ekoturizm İctimai Birliyinin icra etdiyi “Yaşıl turizmin təşviqi” layihəsi çərçivəsində təşkil edilir. Layihə çərçivəsində Azərbaycan Respublikasında yaşayan bu müraciət forması əsasında seçiləcək ictimai fəal gənclər, KİV, QHT, Turizm şirkətlərinin əməkdaşları və digər maraqlı tərəflərdən müəyyən ediləcək 18-35 yaş arası 17 nəfər şəxs üçün Kənd yaşıl turizm imkanlarını dəyərləndirmək və regiondakı potensial imkanları təbliğ etməkdən ötrü Astara və Lənkəran rayonundakı müvafiq turizm marşrutları üzrə 2 günlük ödənişsiz İNFOTUR-un təşkili planlaşdırılmışdır.
İnfotur 23-24 avqust 2025-ci il (həftənin şənbə, bazar günü) tarixində təşkili planlaşdırılmışdır. Proqrama seçiləcək şəxslər infoturun başlanma günü - yəni 23.08.2025-ci il saat 11:00-dək Lənkəran şəhərində iştirakçılar üçün ayrılan məkanda (Luxe-Lənkəran hotel) toplaşmalıdır.
Müraciət prosedurası və iştirakçıların seçimi:
İnfotur iştirakçıları müraciət formasında əks olunan əsaslandırılmış və yüksək motivasiyalı qeydlərinə uyğun olaraq seçiləcək. Seçilmiş namizədlərə 21.08.2025 tarixində məlumat veriləcək, onların yerləşmə məkanı və digər lazımi texniki-təşkilati dəstək göstəriləcəkdir. Seçilmiş namizədin hər hansı səbəbdən iştirak etməyi mümkün olmadıqda infoturun başlamasından ən azı 1 gün əvvəl təcili olaraq təşkilatçılara məlumat verməlidir.
İştirakçıların xərcləri:
Proqram müddətində iştirakçıların Luxe-Lənkəran hotelində gecələməsi, gün ərzində gündə 3 dəfə yemək, çay-kofe xərcləri, proqramdaxili (Bakı və digər regionlardan Lüks-Lənkəran hotelinə gəliş və gediş daxil deyil) nəqliyyat xərcləri "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən qarşılanır.
Müraciətin son tarixi:
Müraciət forması namizəd tərəfindən doldurulmalı "Təqdim edin və ya Submit" düyməsi basılaraq göndərilməlidir. Müraciət forması 19.08.2025-ci il, saat 23:59-dək göndərilməlidir.
📢Bu kimi faydalı elanlardan, bütün növ Tədbirlərdən, Təcrübə və Könüllülük Proqramlarından, Təqaüd Proqramlarından tez məlumat almaq üçün bizi sosial şəbəkələrdə də izləyə bilərsiniz. 🤗✅👇🏻
1) 🟥İnstaqram səhifə:
https://www.instagram.com/ted1.az
2) ☑️Telegram kanal:
https://t.me/ted1az
3) ✅WhatsApp kanal:
https://whatsapp.com/channel/0029Vb5jxXeJ93wMzamYNr0W
4) ✅WhatsApp qrup:
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
5) ☑️ Facebook səhifə:
https://www.facebook.com/ted1.az
Turlar üçün:
🟩 Kanalımız: https://whatsapp.com/channel/0029Va8JXZSDOQIWx6bH810X
🟢 Qrupumuz: https://chat.whatsapp.com/H2nvwfp42SeGzs1PK4ZBMQ