Çərşənbə, 19 Noyabr, 2025

Abşeron Rayon İcra Hakimiyyətində könüllü qəbulu elan edilib


  • Dərc edildi: 9 Sentyabr, 2025 - 17:22
Abşeron Rayon İcra Hakimiyyətində könüllü qəbulu elan edilib

Abşeron RİH-də könüllü qəbulu elan edilir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli, 998 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası Dövlət Proqramı”nın 5.2.18-ci yarımbəndinə və “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Abşeron RİH-də növbəti könüllü fəaliyyəti üçün qeydiyyat başlayır.

Abşeron RİH-də könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

* Abşeron RİH-in şöbə, sektor və 16 inzibati ərazisində təcrübə  
  keçmək;
* Əməkdaşların iş təcrübəsini öyrənmək;
* Ərizəçilərin qəbulunda bilavasitə iştirak etmək;
* RİH-ə daxil olan müraciətlərə baxılması prosesində iştirak etmək;
* RİH tərəfindən keçirilən vətəndaş qəbulları və səyyar görüşlərdə  
  iştirak etmək;
* Ərizə və şikayətlərin öyrənilməsi vasitəsilə ölkə Konstitusiyasında 
  təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiə mexanizmi  
  ilə yaxından tanış olmaq;
* Dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti, o 
  cümlədən QHT-lərlə əməkdaşlıq prossesində iştirak etmək;
* RİH tərəfindən əhalinin müxtəlif sosial qrupları (şəhid ailələri, 
 qazilər, əlilliyi olan şəxslər, uşaqlar, qadınlar, ahıllar, qaçqın, keçmiş  
 məcburi köçkün və miqrantlar, hərbi qulluqçular, eləcə də 
 sahibkarlar ) ilə apardığı iş fəaliyyəti ilə tanış olmaq ;
* Rayon ərazisində keçirilən dövlət tədbirlərində iştirak etmək;

Könüllülük fəaliyyəti 2 ay (15.09.2025-15.11.2025) müddəti üçün nəzərdə tutulub.

Müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Abşeron RİH tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

* İntizamlılıq;

* Xoşrəftarlılıq;

* Ünsiyyətcillik;

* Operativlik;

* Kollektivdə işləmək bacarığı;

* Təşkilatçılıq;

* Təşəbbüskarlıq;

* Məsuliyyətlilik;

* Kompüter bacarığı.

Müraciət üçün:

Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal) Rayon İcra Hakimiyyətinin rəsmi elektron poçtuna ([email protected]) göndərə bilərlər.

Əlaqə nömrəsi: (+99412) 342-05-35, (+99412) 342-88-46, (+994 55) 951-81-81

 

📢Bu kimi faydalı elanlardan, bütün növ Tədbirlərdən, Təcrübə və Könüllülük Proqramlarından, Təqaüd Proqramlarından tez məlumat almaq üçün bizi sosial şəbəkələrdə də izləyə bilərsiniz. 🤗✅👇🏻
1) 🟥İnstaqram səhifə: 
https://www.instagram.com/ted1.az
2) ☑️Telegram kanal: 
https://t.me/ted1az
3) ✅WhatsApp kanal: 
https://whatsapp.com/channel/0029Vb5jxXeJ93wMzamYNr0W
4) ✅WhatsApp qrup:
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
5) ☑️ Facebook səhifə:
https://www.facebook.com/ted1.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Ən Son Məqalələr

Macarıstanda Təqaüd hesabına bakalavriat, magistratura və doktorantura səviyyələrində pulsuz təhsil almaq imkanı!
18 Noyabr, 2025 - 15:00 16
Macarıstanda Təqaüd ...
Qubadlıya öz sahibləri qayıdıb
25 Oktyabr, 2025 - 23:33 405
Qubadlıya öz sahiblə...
Xalqları birləşdirən ortaq dəyərlər və Zəngəzur dəhlizinin perspektivləri
25 Oktyabr, 2025 - 23:26 41
Xalqları birləşdirən...
Tusi-Bohm Planetariumda “Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı keçirildi
22 Oktyabr, 2025 - 15:35 48
Tusi-Bohm Planetariu...
“Astronomiyada Əsas Anlayışlar” kitabı və “Fəza və Zamanın Elçiləri” filminin təqdimatı
20 Oktyabr, 2025 - 14:43 52
“Astronomiyada Əsas ...
Dövlət İmtahan Mərkəzində Təcrübə / Könüllülük Proqramı!
19 Oktyabr, 2025 - 21:16 76
Dövlət İmtahan Mərkə...