Şənbə, 16 Avqust, 2025

🔴Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"


  • Dərc edildi: 5 Avqust, 2025 - 06:17
🔴Lənkəranda Ödənişsiz 3 günlük Düşərgə - Konfrans: "Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə"

Tədbirin adı:  
"Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə" mövzusunda Konfrans

Tədbirin yeri:   
Lüks-Lənkəran hotel, Lənkəran şəhəri

Tədbirin vaxtı:   
16-17 avqust 2025-ci il (şənbə, bazar), hər gün saat 10:00-17:00-dək

Tədbirdə kimlər iştirak edə bilər:  
Azərbaycan Respublikasında yaşayan 18-35 yaş arası gənclər

Tədbirin maliyyə dəstəyi:  
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 

Tədbiri həyata keçirən təşkilat:  
“Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi

Tədbirin həyata keçirilməsində məqsəd:  
 

Azərbaycanda artmaqda olan boşanmalara və buna rəvac verən məişət zorakılığına qarşı ictimai mübarizəni gücləndirmək məqsədi ilə gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək. 

Qeyd: Tədbirdə iştirak edən gənclər əldə etdikləri məlumatları ətrafındakı insanlarla bölüşərək daha çox insanın məlumatlanmasına töhfə verməlidir.


Müraciət prosedurası və iştirakçıların seçimi: 
Tədbir iştirakçıları müraciət formasında əks olunan  əsaslandırılmış və yüksək motivasiyalı qeydlərinə uyğun olaraq seçiləcək. Seçilmiş namizədlərə ən geci 14.08.2025 tarixində məlumat veriləcək. Seçilmiş namizədin hər hansı səbəbdən iştirak etməyi mümkün olmadıqda tədbirin başlamasından ən azı 1 gün əvvəl  təcili olaraq təşkilatçılara məlumat verməlidir.

İştirakçıların xərcləri:
Tədbirə seçilən bütün iştirakçıların 2 gün ərzində gündə 3 dəfə yeməyi və çay-kofe xərcləri, digər rayon və şəhərlərdən qoşulan iştirakçıların 2 gecə (yəni giriş 15 avqust - çıxış 17 avqust) mehmanxanada yerləşmə xərcləri təşkilat tərəfindən qarşılanır.  

 
Asudə vaxtın təşkili:

Şəhər gəzintisi, musiqili əyləncəli gecə, müxtəlif oyunlar və s

Müraciət üçün son vaxt:  
Müraciət forması namizəd tərəfindən doldurulmalı "Təqdim edin və ya Submit" düyməsi basılaraq göndərilməlidir. 

Müraciət forması 11.08.2025-ci il, saat 23:59-dək göndərilməlidir.
 
 

📢Bu kimi faydalı elanlardan, bütün növ Tədbirlərdən, Təcrübə və Könüllülük Proqramlarından, Təqaüd Proqramlarından tez məlumat almaq üçün bizi sosial şəbəkələrdə də izləyə bilərsiniz. 🤗✅👇🏻
1) 🟥İnstaqram səhifə: 
https://www.instagram.com/ted1.az
2) ☑️Telegram kanal: 
https://t.me/ted1az
3) ✅WhatsApp kanal: 
https://whatsapp.com/channel/0029Vb5jxXeJ93wMzamYNr0W
4) ✅WhatsApp qrup:
https://chat.whatsapp.com/GUebHkikxWT9NTIMexy2eo
5) ☑️ Facebook səhifə:
https://www.facebook.com/ted1.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təcrübə Proqramları

🔴Təcrübəçi müəllim axtarılır: SAT sahəsi
06 Avqust, 2025 - 17:31 49
🔴Təcrübəçi müəllim a...
🔴İT sahəsində PULSUZ təhsil və MAAŞLI Təcrübə imkanını qaçırma!
06 Avqust, 2025 - 16:10 748
🔴İT sahəsində PULSUZ...